BAKI, 9 iyul. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyəti saxlamaq üçün Rusiya ilə münasibətləri dəyişməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Ermənistan Milli Assambleyasının (MM) deputatı Hayk Mamicanyan deyib.
Siyasətçi vurğulayıb: "O, yalnız yenidən seçilməsinə zəmanət almaqda və ya hakimiyyətini saxlamaqda maraqlıdır. Əgər Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri buna mane olarsa, o, gözünü qırpmadan onların üstündən keçəcək".
H.Mamicanyanın sözlərinə görə, Paşinyan Ermənistanla Rusiya arasında müttəfiqlik əlaqələrinin saxlanmasında qətiyyən maraqlı deyil. O, Moskva ilə İrəvan arasında münasibətlərin soyumasını da "dəhşətli məqam" adlandırıb.
Parlamentari fikrini belə yekunlaşdırıb: "Müttəfiqlik münasibətlərini, müttəfiqliyimizin və dostluğumuzun tarixini nəzərə alsaq, bu, sadəcə olaraq, qəbuledilməzdir”.