BAKI, 8 iyul. TELEQRAF
Ermənistan Milli Məclisinin "Hayastan" fraksiyasının deputatı Artur Sarkisyan parlamentin qərarı ilə deputat toxunulmazlığından məhrum edilib.
Teleqraf xəbər verir ki, qərar qapalı və gizli səsvermə nəticəsində qəbul olunub.
Baş prokurorun təqdim etdiyi və Sarkisyana qarşı cinayət işi başlanmasına dair müraciətə 62 deputat lehinə səs verib.