BAKI, 8 iyul. TELEQRAF

Erməni Apostol Kilsəsi ətrafında gedən proseslər kilsəyə qarşı deyil, əksinə onun xeyrinə həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin vitse-spikeri Akop Arşakyan bildirib.

“Bu addımlar kilsənin, onun şərəfinin və erməni xalqı üçün normal fəaliyyət göstərən bir kilsənin xeyrinədir. Bu proseslər məhz buna xidmət edəcək",- o qeyd edib.

Vitse-spiker əlavə edib ki, mənəviyyat haqqında danışmaq istəyənlər əvvəlcə öz əməllərinə diqqət yetirməlidirlər.
“Mənəviyyat barədə yalnız andlarına sadiq olanlar danışa bilər", - Arşakyan vurğulayıb.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin övladının olduğunu iddia edib və baş keşişi “subaylıq andı”nı pozmaqda ittiham edib.