BAKI, 8 iyul. TELEQRAF
Ermənistanda istənilən qanunsuz hakimiyyət dəyişikliyi və ya çevriliş cəhdləri qəbuledilməzdir və buna yol verilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, ölkədə sabitlik və konstitusiya quruluşu qorunmalıdır: "Hər hansı qanunsuz çevrilişə bizim ölkəmizdə yer yoxdur".