BAKI, 8 iyul. TELEQRAF

Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, “Taşir”in sahibi S.Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.

***

10:09

Ermənistan İstintaq Komitəsi “Elektrik Şəbəkələri” QSC-də təcili istintaq hərəkətləri həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istintaq tədbirləri iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı aparılan cinayət işləri çərçivəsində keçirilir.

"İşlər Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması üzrə Baş İdarəsi, həmçinin İrəvan şəhəri üzrə İstintaq İdarəsinin icraatındadır",- məlumatda deyilir.

***

09:27

Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Elektrik Şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İrəvanda yerləşən baş ofisinə daxil olaraq orada müəyyən axtarış aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin sözçüsü Nataliya Sardjanyan bildirib.

Onun sözlərinə görə, səhərdən etibarən binada əməliyyat aparılır və ofisə gələn əməkdaşlar binaya buraxılmır:
"Hansı qurumun əməkdaşları olduqlarını bilmirik, bizi ofisə buraxmırlar. Bütün əməkdaşlar hazırda girişdə toplaşıb", – o qeyd edib.

Ermənistan mediasının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları eyni zamanda şirkətin baş direktoru Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın yaşadığı evdə də axtarış aparır.

Qeyd edək ki, “Taşir”in sahibi S.Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.