![](https://teleqraf.az/storage/2025/02/10/715x378/1701498640-992893-margara.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi martın 1-dən fəaliyyətə başlaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a vəziyyətlə tanış olan mənbələr məlumat verib.
"Keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılıb. Həmçinin nəzarət-buraxılış məntəqəsinin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən mühafizə olunacağı planlaşdırılır", - məlumatda belə deyilib.
Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi sərhədlərin açılması məsələsində irəliləyiş olmadığını bəyan edib.
"Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur. Xəbər çıxsa, bu barədə ictimaiyyətə məlumat veriləcək", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfi Türkiyə ilə sərhədi tez bir zamanda açmağa hazır olduğunu bəyan edib və keçid məntəqəsinin təmirinə 1 milyard dramdan çox (təxminən 2,5 milyon dollar) xərclədiyini qeyd edib. Hazırda Ermənistan-Türkiyə sərhədinin bütün perimetri boyunca nəzarəti Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi həyata keçirir.