BAKI. 10 fevral. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya rəsmi dəvət olunub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.

"Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Nikol Paşinyana rəsmi dəvət göndərilib", - səfir qeyd edib.