BAKI, 9 fevral. TELEQRAF

“Biz Azərbaycanla müharibədə minlərlə qurban verdik, alçaldıcı, ağır məğlubiyyətə uğradıq. İndi bizim etibarlı müttəfiqimiz yoxdur, xarici siyasət sahəsində heç kim Ermənistanı ciddi qəbul etmir, bizim xarici sərmayəmiz yoxdur, cəmiyyət heç vaxt bu qədər parçalanmamışdı”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün "Facebook" səhifəsində yerləşdirdiyi videoda deyib.

Onun sözlərinə görə, Ermənistanın üzləşdiyi təhlükələr böyükdür.

"Bu gün Ermənistan hakimiyyətinin səriştəsizliyi ucbatından dövlət daha da zəifləyəcək və təhlükələrlə üzləşəcək: "Biz yeni ərazilər itirəcəyik, Türkiyənin tələbi ilə konstitusiya dəyişdiriləcək, biz artıq Qarabağdan birdəfəlik imtina etmişik, Minsk Qrupu buraxılacaq, AB müşahidəçiləri Ermənistanı tərk edəcək, hüquqi iddialarımız bütün beynəlxalq məhkəmələrdən geri çəkiləcək, 300 min azərbaycanlı Ermənistana köçürüləcək. Azərbaycan indi də bizdən dəhliz tələb edir. Görəsən, Paşinyan təhlükənin ciddiliyini anlayırmı?"- deyə Oskanyan bildirib.