
BAKI, 7 fevral. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində vitse-prezident Ceyms Devid Venslə görüşüb.
Teleqraf xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.