![](https://teleqraf.az/storage/2025/02/07/715x378/_(7).jpg)
BAKI, 7 fevral. TELEQRAF
Gürcüstan-Ermənistan sərhədinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Teleqraf xəbər verir ki, sərhəddəki Paravani aşırımında bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Məlumatı Gürcüstan Avtomobil Yolları Departamenti yayıb.
Xəbərdə deyilir ki, sərt hava şəraiti ilə bağlı yolda hərəkət müvəqqəti dayandırılıb.