BAKI, 7 fevral. TELEQRAF

İrəvan metrosunda xuliqanlıqda şübhəli bilinərək saxlanılan Rusiya vətəndaşları ki ay müddətinə həbs cəzası alıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Şamşyan” kriminal xəbər portalı yazır.

Xatırladaq ki, bir nəfər Litva və dörd Rusiya vətəndaşı İrəvan metrosunda xuliqanlıq törətdiklərinə görə saxlanılmışdılar. Qaydanı pozanlardan biri qatarın təcili dayandırma düyməsini sıxandan sonra maşinist dispetçerə fövqəladə vəziyyət barədə məlumat vermişdi. Bu arada beş maskalı şəxs metro vaqonlarını boyamağa imkan tapmışdılar.

Qaydanı pozan qrup Gürcüstanla sərhəddəki keçid məntəqəsini keçməyə cəhd edərkən saxlanılıb. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.