Çin tezliklə Ermənistana yeni səfir təyin edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Min məlumat verib.

Diplomat yeni səfirin təyin edilməsinin Ermənistan-Çin münasibətlərinin yeni zirvələrə yüksəldilməsi baxımından başlanğıc olacağını vurğulayıb: “Ermənistanda Çinə maraq durmadan artır”.

Xatırladaq ki, yeddi aya yaxındır Çinin Ermənistanda səfiri yoxdur. Ermənistan mediası bunu İrəvanın Çinə qarşı Pekində xoş qarşılanmayan üç addımı ilə izah edib:

Birincisi, Ermənistanın Pekinin nəqliyyat dəhlizləri ilə bağlı “Bir Kəmər, Bir yol” layihəsinə qətiyyən maraq göstərməməsi;

İkincisi, Ermənistanın ABŞ-nin Çinə qarşı qurduğu Dini Azadlıq Alyansının üzvü olaraq qalması;

Üçüncüsü, Tayvan iqtisadiyyat nazirinin İrəvanda yüksək səviyyədə qəbul edilməsi.