Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin dövlət himninin dəyişdirilməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, baş nazir Ermənistanın himninin insanlarda diskomfort yaratdığını deyib.
“Təklif ondan ibarətdir ki, sonuncu misranı ikinci edək, himn “Ermənistan həmişə ucalsın” ilə bitsin, “Kim öz azadlığı uğrunda öləcək”lə bitməsin. Himn ölüm səhnəsi ilə bitir, millət də durub bunu alqışlayır”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bu, diskomfort yaradır: “Bunu necə alqışlamaq olar? Bu nədir? Ermənistanda vaxt var idi, himndən sonra alqış olurdu, indi isə alqışlaya bilmirsən”.