2023-cü ildə Türkiyə ilə münasibətlərin normallaşması prosesini davam etdirdik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentində 2023-cü il büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bizim bir sıra məsələlər üzrə kifayət qədər geniş qarşılıqlı anlaşmalarımız var. İndi yerdə konkret tənzimləmələri görməyin vaxtıdır”, - nazir bildirib.