Ermənistan prokurorluğu məhkəmənin keçmiş prezident Serj Sərkisyanla bağlı bəraət hökmündən protest verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğundan bildirilib.

Qeyd edək ki, bu gün Ermənistan məhkəməsi Serj Sərkisyana bəraət verib.

"Dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunan Sərkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.