“Hakimiyyətə gələcək yeni qüvvə üçün Azərbaycanla demarkasiya prosesini ləğv etmək çətindir, lakin həll yolları var. Gəlin o həll yollarından danışmayaq, amma mən demək olar ki, 100 faiz əminəm ki, bəli, yeni hakimiyyətlər məsələni qeyri-qanuni yoldan hüquq müstəvisinə çıxara biləcəklər. Təbii ki, sülh yolu ilə. İndi müharibə haqqında düşünməyə nə ehtiyacımız var?”
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan demarkasiya prosesini ona görə dayandıra bilmir ki, o, kapitulyatordur: "Əllərini qaldırdı, təslim oldu və digərini tələb edirlər. Azərbaycan deyir ki, ya verməlisən, ya da özüm edəcəm”.