Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkat Ermənistan hökumətinin binası qarşısında piket keçirir.

Teleqraf.com xəbər verir ki, piketdə iştirak edən keşiş Ermənistan rəhbəri ilə mümkün görüşdən danışıb.

Jurnalistlər Baqrata Baş nazir Nikol Paşinyanın onunla görüş üçün xüsusi prosedurların olduğunu dediyini xatırladıblar. Keşiş cavabında deyib: “Mən onu həbsxanada ziyarət edəcəm”.

Ermənistan baş naziri bundan əvvəl görüş istəyən Baqrata cavabında söyləmişdi ki, onunla görüş üçün xüsusi prosedur var, vətəndaşların qəbul günlərində müraciət edə bilər.

Paşinyan Baqratı yalnız ölkə vətəndaşı kimi qəbul edə biləcəyini, başqa bir statusda görüşməyəcəyini vurğulayıb.