Ermənistan müdafiə naziri Suren Papikyan Avropa Birliyinin (AB) Hərbi Komitəsinin sədri general Robert Briqerlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə müdafiə sahəsində Ermənistan-AB əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların gedişi barədə avropalı generala məlumat verib. Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.