Ermənistan Baş naziri Nikol Paşinyan onunla görüşmək istəyən revanşist hərəkatın rəhbəri, keşiş Baqrat Qalstanyana cavab verib.
Teleqraf.com xəbər verir ki, baş nazir onu bir ölkə vətəndaşı kimi qəbul etməyə hazır olduğunu bildirib.
“Vətəndaşlarla, müxtəlif insanlarla görüşlərim olur. Mənimlə görüşün öz prosedurları var. Mənimlə görüşmək üçün növbəyə durmaq istəyənlər sərbəst şəkildə görüşə bilərlər”, - Paşinyan vurğulayıb.
Ermənistan rəhbəri Baqratı başqa statusda qəbul etməyəcəyinə eyham vurub – yalnız ölkə vətəndaşı kimi...