Artıq Ermənistan vətəndaşları üçün azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin komitə iclasında deyib.
“Dövlətimizin mövcudluğu dövründə təhlükəsizlik dediyimiz şeyin özünün də kifayət qədər təhlükəli olduğunun fərqinə belə varmamışıq. Adını təhlükəsizlik qoyduq, amma anlayışımıza görə yeni təhlükələr yaradaraq həyata keçirməyə çalışdıq. Təhlükəsizliyi təmin edən sülhdür. Bu, həm də real Ermənistan və qeyri-real Ermənistan (ərazi iddiaları – red.) anlayışları arasındakı uçurumdur”, - baş nazir bildirib.