Qafqaz Fransanın maraqlar zonasına daxil deyil, Qafqaz Rusiyanın təsir zonası hesab olunur.
Teleqraf.com news.am-a istinadla xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, "Daşnakstyün"ün üzvü Murad Papazyan bildirib.
“Bölgədə maraqları olan başqa ölkələr də var. Onların arasında Türkiyə və Azərbaycanla ciddi əlaqələr quran və Rusiyanı zəiflətməyə çalışan ABŞ və Böyük Britaniya da var. Bəs ABŞ və Böyük Britaniyanın güclənməsi, Rusiyanın zəifləməsi Ermənistanın maraqlarından irəli gəlirmi? Aİ öz növbəsində Türkiyəyə Qafqaz problemləri ilə məşğul olmaq səlahiyyətini vermək istəyir. Makronun Aİ-nin bu mövqeyi ilə razılaşmayacaq. Eyni zamanda, bu gün Qərb üçün ciddi təşkilat olan NATO kimi bir reallıq var. Türkiyə bu ittifaqda ciddi rol oynayır. Bu da nəzərə alınmalıdır. Ona görə də evi Qərbə həvalə edərkən nəzərə almaq lazımdır ki, o, Türkiyəyə arxalanacaq. Türkiyə isə Qafqazdakı layihələrini Bakı ilə əl-ələ verib həyata keçirmək istəyir. Bakı və Ankara ABŞ və Avropa ilə rəqabət aparmaq üçün Şərqdə iqtisadi və enerji bazarı yaratmağa çalışır, Ermənistan isə onların bu məqsədi həyata keçirməsinə mane olur. Bunu nəzərə alaraq Ermənistanda yeni reallıq yaratdılar ki, hakimiyyət onların bu arzuya çatmasına mane olmasın. Türkiyə “yumşaq güc”dən istifadə etməklə Ermənistanda öz təsirini yaratmağa çalışacaq. Bu şərtlər altında Ermənistan sülh müqaviləsi imzalamaq istəyir. Azərbaycan və Türkiyə Ermənistan hakimiyyətində zəif danışıq aparatının olduğunu görür. Belə olduqda niyə onlar öz məqsədlərini həyata keçirməsinlər? Ermənistanı dəstəkləyən avropalı deputatlardan biri mənə dedi ki, ermənilər danışıqlar aparmır, ancaq Azərbaycana güzəştə gedirlər”., - Papazyan bildirib.