Ermənistan sərhədlərinin tanınması dinc gələcəyimizin təminatı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Respublika Günü” münasibətilə xalqa müraciətində deyib.
“2024-cü ildə yenidən dövlət qururuq. Ermənistan Respublikası müstəqildir və belə qalacaq, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri olacaq. Bu, üçüncü Ermənistan Respublikasının suveren, demokratik və dinc gələcəyinin təminatı olacaq”, - spiker bildirib.