Bu gün Ermənistanın yeni baş prokuroru təyin edilib.

Teleqraf.com xəbər verir ki, Anna Vardapetyan ölkənin yeni baş prokuroru təyin edilib.

“Baş prokuror Milli Assambleyanın iclasında and içərək vəzifəsinin icrasına başlayıb”, - erməni parlamentinin spikeri Alen Simonyan bildirib.

Anna Vardapetyan iyunun 29-da erməni parlamentində gizli səsvermə yolu ilə baş prokuror vəzifəsinə seçilib. Buna qədər Vardapetyan baş nazirin köməkçisi vəzifəsində çalışıb.