Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan məlumat verib.

“Ermənistan müdafiə naziri hərbi-siyasi əməkdaşlığımız çərçivəsində Moskvada mühüm işgüzar səfərdədir. Qayıdanda məqsədəuyğun hesab edərsə, bəzi təfərrüatları açıqlayacaq”, - Köçəryan bildirib.