BAKI, 20 fevral. TELEQRAF
2026-cı ilin yanvarında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kub-metr qaz nəql edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə əvvəlki ilin yanvar ayına nisbətən 11,7 faiz artım müşahidə olunub.
Qazın nəqlinin 47,9 faizi Bakı-TbilisiƏrzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 1 milyard 905,1 milyon kub-metr qaz ötürülüb.