BAKI, 20 fevral. TELEQRAF

2026-cı ilin yanvarında magistral neft kəmərləri ilə 2731,4 min ton neft nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, nəqletmənin 77,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 112 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,8 faizini və ya 1 milyon 748,4 min tonunu Azərbaycanda hasil edilən neft, 17,2 faizini və ya 363,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.