BAKI, 20 fevral. TELEQRAF

2025-ci ildə Azərbaycanda orta gündəlik xam neft hasilatı 460 min barrel olub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.

Hesabata əsasən, Azərbaycan ötən il OPEC+ üzrə kvotasından gündəlik 91 min barel geridə qalıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir.