BAKI, 20 fevral. TELEQRAF

2025-ci ildə Azərbaycanda 1 425 981 Qkal istilik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 224 Qkal və ya 2,4 % çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.

Məlumata görə, topdansatış qaydası ilə "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən 144 736 Qkal istilik enerjisi alınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 341 Qkal və ya 3,8 % çoxdur. Qazın xüsusi sərfiyyatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 M3/Qkal azalaraq 137,1 M³/Qkal təşkil edib. Nəticədə 3 984 157 kubmetr təbii qaza qənaət olunub. İstilik enerjisinin 99,8%-i qaz yanacağından, 0,2 %-i elektrik enerjisi və dizel yanacağından istifadə edilməklə istehsal edilib.