BAKI, 20 fevral. TELEQRAF
“8 Noyabr” elektrik stansiyasında 2026-cı il yanvarın 1-dək 7.9 mlrd.kVt·st elektrik enerjisi istehsal olunub.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.
1 kVt·st elektrik enerjisinin istehsalına şərti yanacağın xüsusi sərfi 220 qram təşkil edir ki, bu göstərici “Azərbaycan” İES-lə müqayisədə 120 qram aşağıdır.
Qeyd edək ki, müstəqillik dövrünün ən böyük stansiyası olan 1880 MVt gücündə "8 Noyabr" elektrik stansiyası 2025-ci il iyunun 24-də istismara verilib.