BAKI, 20 fevral. TELEQRAF

Bu gün Xəzər və Nizami rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.