BAKI, 16 fevral. TELEQRAF
Sabah Qubanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qəçrəş kəndi istiqamətində istismarda olan orta təzyiqli qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Amsar kəndinin bir hissəsi, 1-ci Nügədi Abidə bir hissəsi, 2-ci Nügədi 9-məhəllə, Dəvədabanı yaşayış massivi, M.B.Tahirov, Ağamalı, Fətəli Xan bir hissəsi, Qəçrəş, Qımılqazma, Qırız-Dəhnə və Küsnətqazma kəndləri olmaqla ümumilikdə 3184 abonentin qaz təchizatında fasilə yaranacaq.