BAKI, 16 fevral. TELEQRAF
2026-cı ilin yanvarında Azərbaycandan 639.57 min ABŞ dolları dəyərində 13 milyon 319.08 min kilovat-saat elektrik enerjisi ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 91,77%, həcmi isə 90,55% azalıb.
Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.24% təşkil edib.