BAKI, 16 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 2 milyard 291 milyon 731.80 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 687 milyon 506.13 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən il ilə müqayisədə 2,01%, dəyəri isə 20,99% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 30.75% olub.

İxrac edilən neftin həcminə gəlincə, 1 milyard 238 milyon 82.05 min dollar dəyərində 2 milyon 642 min 930.94 ton xam neft və xam neft məhsulları satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 23,64%, dəyəri isə 34,94% azdır.

Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 55.37% olub.