BAKI, 30 yanvar. TELEQRAF
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.51% dəyər itirərək 3.8590 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri isə 3.82% artaraq 38.97 avroya enib.