BAKI, 23 yanvar. TELEQRAF
2025-ci ildə ABŞ-də mayeləşdirilmiş təbii qazın (LNG) mayeləşdirmə gücü ildə 80 milyard kubmetrdən çox olub. Bu da ölkənin qaz sənayesi üçün rekord sayılır.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qlobal Qaz Bazarı” adlı hesabatında qeyd olunub.
"LNG istehsalı ilə bağlı layihələrin inkişaf tempi yüksək olaraq qalır. 2025-ci ildə illik istehsal gücü 90 milyard kubmetrdən çox olan yeni LNG layihələri təsdiqlənib. Bu da qazın mayeləşdirilməsi layihələri üzrə yekun investisiya qərarlarının sayı baxımından ikinci ən böyük göstəricidir".
BEA-nın sənədinə görə, 2025-ci ildə LNG tədarükü üzrə bağlanmış müqavilələrin sayı tarixdə ən yüksək səviyyəyə çatıb. Ötən il illik 130 milyard kubmetr LNG tədarükünü əhatə edən müqavilələr imzalanıb. Bu müqavilələrin orta müddəti isə təxminən 15 il təşkil edib.