BAKI, 23 yanvar. TELEQRAF

Avropanın Azərbaycandan boru kəmərləri ilə qaz idxalı yaxın dövrdə artacaq.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qlobal Qaz Bazarı” adlı hesabatında qeyd olunub.

Məlumata görə, bu artımın qismən Rusiya və İrandan boru kəməri ilə idxalın azalması ilə kompensasiya ediləcəyi gözlənilir (Türkiyə ilə müqavilənin müddəti 2026-cı ilin iyul ayında başa çatdıqdan sonra).

Agentliyin proqnozuna görə, Azərbaycandan Avropa İttifaqına boru kəmərləri ilə qaz tədarükü 2025-ci ildə 2% azalıb.