BAKI, 22 yanvar. TELEQRAF
Avropada qazın qiyməti 2025-ci ilin martından bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 500 dollar həddini keçib.
Teleqraf xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatında qeyd olunub.
Belə ki, günün əvvəlindən ümumi artım təxminən 4% təşkil edib.
Niderlanddakı TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 505 dollara, yaxud cari avro–dollar məzənnəsi ilə hesablandıqda 1 meqavat-saat üçün 41,815 avroya yüksəlib.
Mütəxəssislərin sözlərinə görə, Avropada qazın qiymətinin artması regionda havaların soyuması və yeraltı qaz anbarlarından çıxarışın sürətlənməsi ilə bağlıdır. Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarında ehtiyatların səviyyəsi 49%-dən aşağı düşüb. Oktyabrın 13-də başlayan isitmə mövsümündən bu yana Aİ ölkələri anbarlardan təxminən 43 milyard kubmetr qaz çıxarıb.