BAKI, 21 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan 12 milyard 91 milyon 147.47 min dollar dəyərində 23 milyon 381 min 284.82 ton xam neft və xam neft məhsulları ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 6 milyard 727 milyon 698.25 min ABŞ dolları dəyərində 13 milyon 111 min 475.61 ton neft ixrac edilib.

İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 405 min 59.25 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 742 milyon 159.08 min dollar olub.

Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 1 milyon 255 min 21.16 ton xam neftin statistik dəyəri 666 milyon 587.01 min dollar təşkil edib.

Bundan əlavə, Rumıniyaya 1 milyon 122 min 55.58 ( 598 milyon 454.15 min dollar), Almaniyaya isə 956 min 716.48 ton (502 milyon 18.65 min dollar ) həcmində xam neft ixrac olunub.