BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 40 milyard 235,6 milyon kubmetr qaz nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə əvvəlki ilə nisbətən 0,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 57,5 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 23 milyard 143,9 milyon kubmetr qaz ötürülüb.