BAKI, 19 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycanda 27 milyon 679,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 50 milyard 915,8 milyon kubmetr təbii qaz hasil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hasil edilən xam neftin 27 milyon 616,1 min tonu əmtəəlik neftin, təbii qazın 38 milyard 881,7 milyon kubmetri isə əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə 2024-cü ilə nisbətən neft hasilatı 4,7%, əmtəəlik neft hasilatı isə 4,8% azalıb.
Ötən il təbii qaz hasilatı 2024-cü ilə nisbətən 1%, əmtəəlik qaz hasilatı isə 0,7% artıb.