BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə magistral neft kəmərləri ilə 36 milyon 306,2 min ton neft nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 27 milyon 179,2 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 23 milyon 56,9 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 4 milyon 122,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.