BAKI, 16 yanvar. TELEQRAF

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.21% dəyər qazanaraq 3.1658 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 6.25% artıb. Beləliklə, qazın meqavat-saatı 33.80 avro olub.