BAKI, 14 yanvar. TELEQRAF

2025-ci ilin dekabrında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 453 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, noyabr ayı ilə müqayisədə hasilatın həcmində 2 min barel azalma olub.

Məlumata görə, 2025-ci ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 465 min, ikinci rübündə 461 min barel, üçüncü rübündə 458 min, dördüncü rübündə isə 456 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 98 min barel geridə qalıb.