BAKI, 14 yanvar. TELEQRAF
“Azərbaycan Hava Yolları” (AZAL) 2025-ci ildə 4,2 milyon sərnişin daşıyıb. Ümumi sərnişin dövriyyəsində 3% artım qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, ötən il beynəlxalq istiqamətlər üzrə 3,4 milyon sərnişin daşınıb ki, bu da 3% artım deməkdir. Tranzit uçuşlar üzrə isə 974 min sərnişin daşınıb və bu göstərici 30% artıb.
İl ərzində ən çox uçuşlar İstanbul, Moskva, Tbilisi, Tel-Əviv və Dubay istiqamətləri üzrə həyata keçirilib.
Ötən il AZAL-ın əməliyyat fəaliyyəti üzrə ən intensiv ay avqust, ən intensiv gün isə iyulun 12-si olub.