BAKI, 14 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat-saat, yəni 0,9% artaraq 28 657,5 milyon kilovat-saat olub.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə İES-lərdə 24 milyard 823,4 milyon kilovat-saat, SES-lərdə 2 milyard 842,5 milyon kilovat-saat, digər mənbələr üzrə isə 991,6 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 599,8 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kilovat-saat artımla 769,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 milyard 591,8 milyon kilovat-saat (İES-lərdə 22 milyard 703,6 milyon kilovat-saat, SES-lərdə 2 milyard 827,1 milyon kilovat-saat, GES-lərdə 61,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 38,7 milyon kilovat-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kilovat-saat, idxalı isə 177,2 milyon kilovat-saat olub.