BAKI, 9 yanvar. TELEQRAF

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Teleqraf xəbər verir ki, "Azeri Light"ın bir bareli 1.04 ABŞ dolları və ya 1.61% artaraq 65.64 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları təşkil edib.