BAKI, 8 yanvar. TELEQRAF

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.31% dəyər qazanaraq 3.6066 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 1.03% artıb. Beləliklə, qazın meqavat-saatı 28.36 avro olub.