BAKI, 6 yanvar. TELEQRAF

Dünyanın və Hindistanın ən böyük neft emalı zavodunun operatoru - “Reliance Industries” şirkəti Camnaqardakı neft emalı zavoduna Rusiyadan neft tədarük ediləcəyi yönündə xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, şirkət son həftələrdə Rusiyadan neft qəbul edilmədiyini və yanvarda yeni çatdırılma gözlənilmədiyini açıqlayıb.

Qeyd edək ki, ötən ay “Bloomberg” agentliyi “Reliance”ın Camnaqardakı zavoduna Rusiyadan üç gəmi ilə neft gətirildiyinə dair xəbər yayıb.

“Reuters”in məlumatına görə, zavoda tədarükün olmadığı hakda yanvarda Hindistanın Rusiyadan neft idxalı gündəlik 1 milyon barrelin altına düşəcək ki, bu da son illərin ən aşağı səviyyəsidir.

Xatırladaq ki, Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir.