TBİLİSİ, 21 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 342,53 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 155 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Azərbaycan qonşu ölkənin elektrik enerjisinə tələbatının 30%-ni ödəyib. Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü isə 580,02 milyon kilovatt/saatla Rusiya (50%) olub.

Sənədə əsasən, mart, aprel və may aylarında Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 182,44 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.