BAKI, 3 iyun. TELEQRAF

Ukraynanın energetika nazirinin müavini Mikola Kolisnik Bakı Enerji Forumunda iştirak edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında paylaşım edib.

"Ukraynanın təcrübəsini bölüşür, tərəfdaşlıqlar qurur və enerji təhlükəsizliyi ilə dayanıqlı keçidə dair dialoqu inkişaf etdiririk. Ukrayna qlobal enerji gələcəyinin bir hissəsidir", - səfir qeyd edib.